COVID ştamlarına qarşı PEYVƏNDDƏN FRANSA İMTİNA ETDİ

Fransa prezidenti Emmanuel Makron, yeni ştamların təhdidinə cavab olaraq daha təsirli dərmanların axtarılması lazım olduğunu deyib. SİA RenTV-yə istinadən xəbər verir ki, bunu Makron, Strasburqda jurnalistlərə açıqlaması zamanı söyləyib.
Qeyd edək ki, Fransa yeni infeksiya növlərinə qarşı "AstraZeneca" koronavirus peyvəndi istifadə etmək niyyətində deyil. Respublika prezidenti Emmanuel Makron, Strasburqda jurnalistlərə açıqlaması zamanı bildirib ki, ölkəsi digər istehsalçıların dərmanlarından istifadə edəcək.
"Bu peyvəndi böhrandan çıxmağa kömək etdiyi üçün indi də istifadə etməyə davam edirik. Ancaq yeni ştamlar təhlükəsinə cavab vermək üçün daha təsirli digər peyvəndlərə ehtiyacımız var və bu yanaşmanı praqmatizm diktə edir", deyə Makron bildirib.
Xatırladaq ki, Makron etdiyi açıqlama ilə Avropa Komissiyasının "AstraZeneca" peyvəndi tədarükü ilə bağlı müqavilənin 2021-ci ilin ikinci yarısı üçün yenilənməməsi qərarını dəstəkləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə