Bakıdakı Rusiya Evi faşizm üzərində Qələbə gününü qeyd edib FOTOLAR

Mayın 9-da Qələbə günü qeyd olunur. Bu bayram sovet xalqının, 1941-1945-ci illər müharibəsi zamanı faşist Almaniyası üzərində Qırmızı Ordunun qələbəsinə həsr olunmuş bayramdır. Bu, hörmət və xatirə günüdür. Şücaəti və qurbanları xatırladığımız gündür. Bu, azadlıq, sevgi, həyatımız üçün qurban verilən milyonlarla həyatdır. Bakıdakı Rusiya Evindən (RİİM) SİA-ya bildirilib ki, Qələbə günü ərəfəsində Bakıda 1941-1945-ci illər müharibəsinin bütün döyüşçülərinin xatirəsinə ehtiram olaraq "1941-1945-ci illər" xatirə abidəsinin, Rixard Zorgenin, Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Həbibulla Hüseynovun, Qafur Məmmədovun abidələri önünə gül dəstələri qoyulub.

Mərasimdə "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyi - Bakıdakı Rusiya Evinin (RİMM) əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...