Bayden-Putin görüşünə baxış TƏHLİL

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin görüşü barədə xəbərlər bütün dünyaya səs salıb. Bu görüşün harada keçirilməsi barədə deyilənlər isə maraq doğurur. Belə ki, bu görüşün Bakıda keçirilməsi barədə məlumatlar var. Amerika mediasından gələn məlumatlara görə C.Baydenin Bakıya gəlməsi bir çox yöndən qəbul olunmazdır. Məsələn, "erməni soyqırımı"nı tanıyaraq dünya ermənilərinin rəğbətini qazanan Baydenin Bakıya gəlməsi çətin görünür. Digər tərəfdən isə ikinci Qarabağ müharibəsinə görə Baydenin Bakıya gəlməsi Amerika ermənilərini qıcıqlandıra bilər.

Bu görüşün Praqada keçiriləcəyi barədə məlumatlar da var. Amma Rusiya-Çexiya vəziyyətinə nəzər salarsaq, bu da mümkünsüz görünür. İki dünya nəhənginin görüşü bütün dünyada maraq oyadacaq. Bu görüş ərzində nələrdən danışılacağı isə məhz Azərbaycan üçün də çox önəmlidir. Digər tərəfdən Baydenin Rusiya tərəfi barədə işlətdiyi qalmaqallı fikirlərə rəğmən, Rusiya tərəfinin görüşə müsbət baxması da bizdə maraq doğurur.

Məlumatlara görə iyun ayı üçün planlaşdırılan görüşdə Azərbaycana birbaşa təsir edəcək qərarlar verilə bilər. Bəlkə də elə bu görüş ATƏT-in Qarabağdakı fəaliyyəti haqdadır. Belə də düşünmək olar ki, Amerika da sülhməramlı funksiya üçün ləngimədiyini düşünür. Digər danışılacaq məsələlər isə Zəngəzur dəhlizi barədə ola bilər. Müzakirə olunacağına böyük ehtimal verəcəyimiz mövzu isə əsirlərin qaytarılması ola bilər. Hər halda bu iki dövlətin ortaq qərara gəlməsi çox az rast gəlinən haldır. Ən yaxşı ehtimalda onlar kompromisə gedə bilərlər. Digər tərəfdən Rusiya tərəfinin sülhməramlı missiyasından çox da narazı olmayan Azərbaycan tərəfinə Qarabağda 3-cü bir qoşun lazım deyil.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə