Poroşenko, bir daha Rusiyanın və onun lideri Vladimir Putinin iddia edilən "təcavüzkarlığından" danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko, "facebook"da ukraynalılara müharibənin bitməsi ilə əlaqəli bir müraciət göndərib.
O, bundan əlavə, Kiyevin qələbə xatirəsinə dair "Avropa ənənəsini" dəstəkləmək arzusunu vurğulayıb və müraciətini Rusiya prezidentinə ünvanlanan kobud bir açıqlama ilə sonlandırıb. Siyasətçi mətni kommunist rejiminin "cinayətlərinə" həsr edib.
Xatırladaq ki, 2015-ci ildən bəri Ukrayna Qələbə Gününü Xatirə və Barış günü ilə eyni gündə, 8 may tarixində qeyd etməyə qərar verib. Beləliklə, ölkə nasist Almaniyası üzərində Qələbəni Qərbi Avropa modelinə görə qeyd etmək ənənəsini qoruyub.
Onu da diqqətə çatdıraq ki, bir qədər əvvəl Poroşenko artıq Rusiya mövzusunda şübhəli açıqlamalar vermişdi. Xüsusilə Ukraynanın keçmiş prezidenti "Kremlin davamlı mühasirəsinə" çağırış edib, rusları Azov dənizini ələ keçirməkdə günahlandırıb və Putinlə danışıqların "tükəndiyindən" şikayətlənib.
Kreml isə öz növbəsində Ukraynadakı rusofobiya siyasətinin zirvəsinin məhz Petro Poroşenkonun prezidentliyi dövründə baş verdiyini qeyd edib. Rusiya liderinin sözçüsü Dmitri Peskov da Ukrayna səlahiyyətlilərinin Moskvaya qarşı mənfi hissləri inkişaf etdirdiyindən təəssüfləndiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB