Dövlət Dumasının sədri Viaçeslav Volodin qeyd edib ki, Birləşmiş Ştatlar "gücünə və iqtisadiyyatına arxalanır", amma bunun kimin sayəsində mümkün olduğunu, SSRİ-nin II Dünya Müharibəsindəki qələbəyə verdiyi töhfəsini, tarixin sonradan yenidən yazıldığını unudur. SİA xəbər verir ki, bu barədə Dövlət Dumasının rəsmi saytında məlumat yayımlanır.
"ABŞ öz gücü və iqtisadiyyatı ilə lovğalanır. Həqiqətən çox şey əldə ediblər. Ancaq sual budur ki, kimin sayəsində? Sovet əsgəri olmadan qazanılması mümkün olmayan müharibədə Sovet İttifaqının töhfəsini yüksək qiymətləndirməlidilər. Həm Çörçill, həm də Ruzvelt bu barədə danışıblar. Ancaq qələbə qazanıldıqdan sonra, hər şey yaxşılaşan kimi tarixi yenidən yazılmağa başladılar", deyə Dumanın sədri bildirib.
Dövlət Dumasının spikeri vurğulayıb ki, "Buna görə də tariximizi qorumalıyıq".
Onun fikrincə, yalnız nəsillərin davamlılığına və böyüklərə hörmətinə güvənməklə inkişaf etmək və gələcəyə baxmaq mümkündür. "Digərləri dağıdıcıdır", deyib Volodin.
Dövlət Duması sədrinin fikrincə, məhz buna görə "ağı qara" adlandırmağa çalışan Avropa ölkələri sonda özləri zərər görəcəklər.
"Yalan üzərində bir dövlət quran hər kəs bütün bunların uzun sürməyəcəyini anlamalıdır", deyə Viaçeslav Volodin əlavə edib.
Dövlət Dumasının sədri xarici siyasətçiləri iqtisadi və tarixi yaddaşı qarışdırmamağa da çağırıb.
"İqtisadi əlaqələrin bir şey olduğunu başa düşməlidirlər, ancaq tarixi yaddaşın qorunması məsələləri tamamilə başqa bir şeydir. Yalnız bu şəkildə davransalar, bu gələcəkdə münasibətlərimizə düzəlməz təsir göstərəcək", deyə Volodin fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB