“Rusiya və Breksit mövzusu müzakirə ediləcək” MAKRON

“Rusiya və Breksit mövzusu müzakirə ediləcək” MAKRON

Avropa Birliyi ölkələrinin 25 may tarixli sammitində Rusiya və Breksit mövzusu müzakirə ediləcək. SİA xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu sözləri Portudakı Avropa Birliyinin qeyri-rəsmi sammitindən sonra deyib.

Makron diqqətə çatdırıb ki, Rusiya və Breksit mövzusu bu qeyri-rəsmi sammitdə də müzakirə edilib, amma bu mövzuya 25 may tarixində bir də qayıdılacaq. "Rusiyanı və Brexit mövzusunu müzakirə etdik. Bu mövzulara 25 may tarixində də qayıdacağıq", deyə Makron bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə