Ukrayna sənayesində böhran olduğunu MEDVEDÇUK BƏYAN ETDİ

"Həyat Üçün - Müxalifət Platforması" Parlament partiyasının Siyasi Şurasının rəhbəri Viktor Medvedçuk hesab edir ki, Ukraynada sənayenin əksəriyyəti dərin böhran içindədir, hələlik çıxış yolu gözlənilmir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu fikirdə olduğunu Medvedçuk, partiyanın veb saytında cümə axşamı günü yayımlanan açıqlamasında bəyan edib.
"Sənaye hələ də dərin böhrandadır və iqtisadi böyümənin bərpa olunacağı barədə heç bir söz-söhbət yoxdur", deyə Medvedçuk açıqlamasında bildirib.
Siyasətçi hesab edir ki, Ukrayna hakimiyyəti "Ukrayna müəssisələrinin yaşadığı dərin maliyyə uğursuzluğu" vəziyyətinə məhəl qoymur. Medvedçuk, hökumətin kiçik müəssisələrə verdiyi dəstəyin "əhəmiyyətsiz" olduğunu deyib.
Millət vəkilinin sözlərinə görə, Ukraynanın iri və orta müəssisələrinə gəlincə, onlar da dərin bir böhran yaşayırlar. Dövlət Statistika Xidmətinin məlumatına görə, 2020-ci ildə onların qazancı 2019-cu illə müqayisədə 1,7 dəfə azalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...