YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər FOTOLAR

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Zığ qəsəbəsinin sakini olmuş, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Vətən müharibəsi şəhidi leytenant Əliyev Samir Əliheydər oğlunun ailəsini ziyarət ediblər. Ailəyə təşkilat adından sovqat təqdim edib, ailənin qayğıları ilə maraqlanıblar. Səmimi söhbət əsnasında təşkilatın aparat rəhbəri Salman Əbdülov vurğulayıb ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər. Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə