“Seçkilərdən sonra Paşinyan özünə yeni sahib axtaracaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın heç bir zaman siyasi kursu olmayıb. Yəni, Qərbə və ya Rusiyaya meyillik bu dövlət üçün keçərli deyil. Belə dövlətlər ancaq kiminsə nökəri, köləsi ola bilərlər. Strategiya anlayışının mənası budur ki, hansısa kursa meyilli siyasət yürüdürsən. Ermənistanın isə belə bir imkanı yoxdur və heç bir zaman da olmayıb". Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, indiyə qədər və tarixən Ermənistan kimlər tərəfindənsə idarə olunub, sabah da mütləq kimsə istiqamət, təlimat verəcək: "Ona görə də bu gündədirlər. Müstəqil siyasəti, idarəçiliyi olmayan ölkələr enində-sonunda məhvə, məğlubiyyətə, rəzalətə məhkum olurlar. Ermənistan da həmin qəbildəndir. Qarşıdakı seçkilərdən sonra isə Paşinyan özünə güman ki, yeni sahib axtaracaq. Çünki bunlar əl dəyişməyi, yer dəyişməyi, sahib dəyişməyi sevirlər. Üstəlik, tez-tez. Ona görə də indidən bu barədə konkret proqnoz vermək mümkün deyil ki, Ermənistanın gələcək taleyini hansı dövlət və ya dövlətlər idarə edəcək. Amma dəqiq olan budur ki, bunlar həmişə əmr qulu olacaqlar, müstəqil siyasət yürüdə bilməyəcəklər və kiminsə ağzına, əlinə, sözünə baxıb hərəkət edəcəklər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə