Rus senator Aleksey Puşkov, Ukraynaya NATO xaricində ABŞ-ın əsas müttəfiqi statusu verilməsini təklif edən Ali Radanın millət vəkili Aleksey Qonçarenkonun fikrini tənqid edib. SİA RenTV-yə istinadən xəbər verir ki, Puşkov millət vəkilini "Radadan olan təlxək" adlandırıb, hansı ki bu yaxınlarda hətta Avropa Şurası Parlament Assambleyasından qovulub.
Bundan əlavə, Puşkov Qonçarenkonu savadsızlıqdan günahlandırıb.
"Bu, mövcud Ukraynanın hakim təbəqəsinin rəngidir. Bu ümidsiz əyalətlər üçün Ukrayna "Qərbin şərq sərhədidir", deyib senator.
Bundan əvvəl Puşkov, AŞPA-dakı ukraynalı deputatın bayraqla hiyləgərlik etdiyini təlxəklik adlandırıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB