Rayonu “diplomatik yollarla geriyə qaytarmaq” olarmış və hətta “artsaxın” gələcəyi Hadrut olmadan mümkün görünmürmüş (?!)
“Biz Ermənistan XİN nümayəndələri ilə görüşmək istəyirik ki, Hadrut rayonunu məcburi tərk etmiş əhalisinin statusunun necə olacağını anlayaq”. SİA yerevan today-a istinadən xəbər verir ki, Hadrut erməniləri bunu jurnalistlərlə söhbətlərində deyiblər. “Hadrut naminə” ictimai təşkilatının nümayəndəsi Artur Sarkisyan isə hələ də xam xəyallara dalaraq iddia edir ki, sən demə 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Hadrut rayonunu “diplomatik yollarla geriyə qaytarmaq” olarmış və hətta “artsaxın” gələcəyi Hadrut olmadan mümkün görünmürmüş (?!).
Maraqlıdır ki, hələ də xam və gülünc xəyallarda qalan ermənilər daha bir gerçəkliyi də anlamırlar ki, Azərbaycan beynəlxalq hüquqda tanınan öz ərazi bütövlüyünü təmin edib və onlar Hadrut barədə xülyalar səsləndirməkdənsə bilməlidirlər ki, Xankəndi qısa zamanda rəsmi Bakının yuridiksiyası altına keçiriləcək.
Digər tərəfdən, hadrutlu ermənilər iddia edirlər ki, “artsax” rəhbərliyini yalnız öz kresloları maraqlandırır, Araik Arutyunyan isə insanlardan kənar qaçır. Əgər belədirsə, hadrutlu ermənilər çox rahat şəkildə Azərbaycanın dövlət orqanlarına müraciət etməklə ölkə vətəndaşlıqlarını təsdiq edən sənədlərini ala və Azərbaycanın qanunları altında Hadrut rayonundakı evlərinə geri dönə bilərlər, əlbəttə ki, bu əraziyə qanunsuz şəkildə məskunlaşmayıblarsa, münaqişə başlayan dövrdən bu rayonda qeydiyyatda olublarsa. Çünki üçtərəfli bəyanatın 4-cü bəndində bu haqda da yazılıb və ermənilərlə yanaşı, azərbaycanlılar da öz doğma yurd-yuvalarına geri dönməli, həyatlarını davam etdirməlidirlər.
Lakin təəssüf ki, ermənilər daxillərində formalaşmış qaranlıq, məkrli düşüncələrindən ayrıla bilmədiklərini aşıq-aşkar sərgiləyirlər. Elə isə, bundan sonrakı onilliklər və yüzilliklər, hətta əbədliliklər boyu Ermənistan XİN-nin qarşısında xam xəyallarına qapanmaqda davam etsinlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB