Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbi sahədə əməkdaşlıq edəcəklər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbi sahədə əməkdaşlıq edəcəklər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi sahədə əməkdaşlıq edəcəklər. SİA-nın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə (MSN) istinadən verdiyi məlumata görə, BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi, general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti MSN ilə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycanda səfərdədir.

BƏƏ-nin nümayəndə heyəti MSN-in müəssisələri ilə yaxından tanış olub. Nümayəndə heyəti MSN-in \"İqlim\" Elmi İstehsalat Müəssisəsi, Elektron Hesablayıcı Maşınlar, \"Radioquraşdırma\", \"Telemexanika\" zavodları ilə tanış olub və istehsal prosesini yaxından izləyib. Səfər proqramının sonunda nümayəndə heyətinin MSN rəhbərliyi ilə görüşü nəzərdə tutulur.

Səfər mayın əvvəlində Türkiyədə keçirilən \"IDEF-2011\" X Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı əldə olunmuş razılığa əsasən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə