Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığının konstitusion əsaslarını yaratdı Baş redaktorun mövqeyi

“Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Beynəlxalq təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin inkişafında aparıcı rola malikdir”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir: “Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişi bilavasitə liderlik amili ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrünə nəzər saldıqda görürük ki, O, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb”.

H.Babaoğlu vurğulayıb ki, başqa sözlə, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir: “Hazırda ərazi bütövlüyümüzün təmin olunması, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli birliyimizin təntənə etməsi kimi sosoial-siyasi strateji faktorlar da məhz Heydər Əliyevin yaratdığı iscimai-siyasi sabitlik və müstəqil siyasətin ardıcıllığı kontekstində baş tutan hadisələrdir. Söz və mətbuat azadlığı isə Heydər Əliyevin şah əsərlərindən biri adlandırdığımız Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan əsas hüquqlardan biri olmaqla hazırda media azadlığımızın təmin edən vasitə kimi çıxış etməkdədir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə