Xankəndinin iyun gözləntiləri: quldur rejim təlaşda! ANALİTİK

Dəmir yumruq əvvəlkindən də sərt şəkildə separatçıların, quldurların başlarını yuvalarındaca əzməyə qadirdir, hazırdır, hətta barmaqlar artıq tətikdədir

Qarabağın quldur rejiminin saxta “parlamentinin” qondarma “spikeri” Artur Tovmasyan Azərbaycanın İnsan haqları və demokratiya institunun rəhbəri Əhməd Şaidovun Twitter hesabında Azərbaycan Silahlı Qüvvələrinin artıq iyun ayında Xankəndinə nəzarət edəcəyi ilə bağlı fikirlərindən təlaşlanaraq heç bir əsası olmayan iddia ilə çıxış edib və əslində, bu vasitə ilə quldur rejimin daha çox ifşasına səbəb olub. SİA erməni mediasına istinadən xəbər verir ki, Tovmasyan quldur rejimin çulunu sudan quru çıxarmaq və Xankəndi ermənilərinin ciddi narahatlıqlarını yatırmaq üçün deyib ki, guya 10 noyabr 2020-ci ildə təsdiq olunmuş üçtərəfli bəyanata əsasən “stepanakertin” (Xankəndinin) Azərbaycan Ordusunun nəzarətinə keçməsi haqqında müddəa yoxdur (?!).

Görünür, Tovmasyan Xankəndinin 2 kilometrliyində dayanan Azərbaycan əsgərinin qalibiyyət reallığını hələ də dərk etməyib və ona görə 2020-ci ilin 27 sentyabrdan əvvəlki xəyallarına dalır

O, həmçinin iddia edib ki, guya “artsaxın” təhlükəsizliyinin “qarantı” Rusiya sülhməramlı kontingenti və “artsaxın ordusudur” (?!) və “respublika” Azərbaycanın hər hansı tərkibində ola bilməz və s.

Görünür, Tovmasyan Xankəndinin 2 kilometrliyində dayanan Azərbaycan əsgərinin qalibiyyət reallığını hələ də dərk etməyib və ona görə 2020-ci ilin 27 sentyabrdan əvvəlki xəyallarına dalır. Lakin əbəs yerə. Çünki yalnız Əhməd Şahidov deyil, eləcə də Qarabağ icmasının rəhbəri Tural Həmzəliyev də Xankəndində yeni ofis binasının axtarışına başladıldığını əminliklə bildirmişdi.

Lakin Tovmasyan ən əsas faktoru – Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını da unudub, həmçinin unudub ki, Qarabağın hüquqi cəhətdən və bilavasitə Azərbaycanın tərkib hissəsi olduğunu Rusiyanın dövlət başçısı Vladimir Putin də bəyan edib.

Cinayətkarlar “stepanakert” tipli xam xəyallarına daldıqca daha ağır vəziyyətlərin burunlarının ucunda dayandığını birdəfəlik anlamalı, dərk etməlidirlər

Üçtərəfli bəyanatda isə onların saxta “stepanakerlərinin” barəsində deyil, ümumiyyətlə, Qarabağın ərazisi barədə vurğulanır, o cümlədən, oradakı qanunsuz hərbi birləşmələrin də rədd olub getmələri haqqında müddəalar mövcuddur.

Fəqət o bilməlidir ki, Azərbaycan Prezidenti son və sərt bəyanatını Zəngilana səfəri zamanı səsləndirib. Əgər xatırlamaq istəmirsə, biz ona bu xatırlatmanı edərək deyə bilərik ki, çox da nala-mıxa vurmasın, dəmir yumruq havadadır və bundan sonra da belə davam edərlərsə, o yumruq əvvəlkindən də sərt şəkildə separatçıların, quldurların başlarını yuvalarındaca əzməyə qadirdir, hazırdır, hətta barmaqlar artıq tətikdədir. Bax, bu reallığı, bu gerçəkliyi qətiyyən yadlarından çıxarmamalıdırlar. Yoxsa ki, Tovmasyan, Araik Aruyunyan, yaxud Vitali Balasanyan, həmçinin David Babayan və başqa cinayətkarlar “stepanakert” tipli xam xəyallarına daldıqca daha ağır vəziyyətlərin burunlarının ucunda dayandığını birdəfəlik anlamalı, dərk etməlidirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə