“Azərbaycan xalqı Heydər Əliyev kimi dühası ilə fəxr edir ” - MÜSAHİBƏ

“Azərbaycan xalqı Heydər Əliyev kimi dühası ilə fəxr edir ” - MÜSAHİBƏ

Müsahibimiz millət vəkili Eldəniz Səlimovdur

- Eldəniz müəllim, Ulu Öndər Heydər Əliyevin dövlətə və xalqa xeyirli, gərəkli fəaliyyəti ilə bağlı ümumilikdə nələri deyə bilərsiniz?

- Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Tarixi şəxsiyyətlər unudulmur. Nadir tarixin şəxsiyyətlər isə əbədi olaraq yaddaşlara həkk olunur. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Azərbaycan xalqı Heydər Əliyev kimi dühası ilə daim fəxr edir və əbədi olaraq fəxr edəcəkdir.

- Necə düşünürsünüz, Ulu Öndər Heydər Əliyevin varislik prinsipi Cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini demək olar?

- Ümummilli Lider Heydər Əliyev haqqında çox yazılıb, onun irsi hərtərəfli təhlil edilir, lakin bu prosesin sonu yoxdur. Çünki Heydər Əliyev öz xalqı və müstəqil dövlətimiz üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır. Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi xalqımızın həyat fəaliyyətinin mayakı olmalıdır. Onun həyat fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, analiz edib nəticələr çıxarmalıyıq. Ulu Öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bu tarixin ən şanlı səhifələrindəndir. Bu dahi şəxsiyyətin həyat və fəaliyyətini öyrənmək, onun gördüyü işlərin başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü bir tarix məktəbini bitirmək idi. Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir"- bu, təkcə biz azərbaycanlıların deyil, Heydər Əliyevin qurduğu dövləti tanıyan, onunla hesablaşan əcnəbilərində dərin etirafıdır. Ölkəmizdə bərqərar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin məhz bu cür şəxsiyyət olduğunu göstərdi. Bu sabitlik və əmin-amanlıq nəticəsində nəhəng islahatlar həyata keçirildi, qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi. Siyasət aləmində misli-bərabər olmayan bu dahi şəxsiyyət Azərbaycanı qısa müddətdə bütün dünyaya tanıtdı, xalqımızın dünya xalqları arasında möhkəm yer tutması üçün nə lazımdırsa etdi.

- Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanımızda işğal altında olmuş torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, 44 günlük vətən müharibəsində düşməni məğlub edərək, bütün dünyaya Azərbaycan dövlətinin dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən ,güclü orduya malik olan bir dövlət olduğunu sübut etdi. İmzalar içərisində millətimizin də imzası aydın görünür. İndi planetimizin çox yerindən dünyada ən böyük enerji layihələrin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, "Əsrin müqaviləsinin" və digər neft kontraktlarının və misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Ulu Öndər Heydər Əliyevin xidmətidir. Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli liderimiz Dahi Öndər Heydər Əliyevin çiyinləri üzərinə hörülüb. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər imzaladığı fərman və sərəncamlar, xalqla bir başa ünsiyyətdə olması Ümummilli Lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan bu gün dahi şəxsiyyətin xalqımıza ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaqdır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə