Co Bayden müttəfiq dəyişdirir? TƏHLİL

Co Bayden müttəfiq dəyişdirir? TƏHLİL

Son günlərdə kifayət qədər aktuallıq qazanan hadisə, Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması hesab olunur. Uydurulmuş bu məsələnin tanınması əslində, gözlənilən idi. İlk öncə nəzərə almalıyıq ki, bu ölkədə erməni lobbiçiliyi kifayət qədər güclüdür. Digər tərəfdən isə, demokrat partiya üzvləri insan hüquqlarına qarşı çox daha həssasdırlar.

Nəzərə çatdıraq ki, Osmanlı imperiasının kifayət qədər multikultural olan dövlət əsasları olduğu üçün, bu ölkəyə pənah gətirən xalqların qayğısına hər zaman qalınıb. Bu xalq, ermənilər belə olsa da şərtlər heç vaxt dəyişməyib. Artıq 18-ci əsrin əvvəllərində Qərb və reformasiyadan təsirlənən erməni ziyalıları Osmanlıda öz dillərində təhsil, kitablar və kilsə dili əldə ediblər. 1860-cı ildə Sultan Əbdülməcidin qəbul etdiyi, "Erməni milləti nizamnaməsi" ilə ermənilər bir sıra imtiyazlar əldə qazanıblar. Həm də onlar, 1856-ci ildə erməni Məclisi də yaratmışdılar. Beləliklə, onlar artıq yüksək dövlət vəzifələri də icra edirdilər.
Təəssüflər olsun ki, bütün bunların əvəzində isə, ermənilər Xıçnaq, Daşnaqsütyun kimi terrorist birləşmələr yaradaraq Osmanlını parçalmaq fikrində idilər. Onlar hətta Avropa ölkələri və Rusiya ilə əlaqələr yaradıb, kəşfiyyatçı kimi fəaliyyət də göstərirdilər. Bununla əlaqədar danılmaz, təkzibedilməz faktlar mövcuddur.
Bütün bu addımların nəticəsi olaraq, 1890-cı illərdən şiddətlənməyə başlayan erməni üsyanları və 1-ci dünya müharibəsi dövründə ermənilərin törətdiyi qırğınlar və separat addımların qarşısını almaq üçün köç qərarı çıxarılır. Bu qərara əsasən, ermənilər döyüş əməliyyatları gedən ərazilərlə sərhəd olan yerlərdən Osmalının digər hissələrinə köçürülür. Yalnız bu qərarın tətbiqindən sonra Rusiya tərəfi kəşfiyyat məlumatlarından məhrum olur. Həm də türk kəndlərindəki dinc əhali rahat nəfəs alır.

Daha sonra ermənilər bu hadisəyə kütləvi qırğın adı verirlər. Yəni, bir növ hadisələrin rakursunu dəyişir, ona don geyindirirdilər. Bəzən buna inanan, yaxud inanmaqda maraqlı olanlar da tapılırdı. Məhz onların lobbiçilik fəaliyyəti nəticəsində, 20-ci əsrin ortalarından başlayaraq bir sıra dövlətlər qondarma "erməni soyqırımını" tanımağa başladılar.

Müttəfiq dövlətlərin hələ 1919-1920- ci illərdə İstanbulda yaratdığı hərbi tribunal da şikayətlər əsasında ola biləcək hansısa qondarma “erməni soyqırımı”nı araşdırmışdılar. Amma onlar bu istintaq müddətində həbs olunmuş bütün ‘’Gənc türkləri‘’ azad etmək məcburiyyətində qalırlar. Belə ki, heç bir şikayət öz əsasını tapmamışdı. Yanlız, ‘’Gənc türklərin‘’ opponenti olan qüvvələr yalançı şahidlər tapır və onların edamına nail olurdular.

Amerika tərəfinin qondarma “soyqırımı” tanımasından sonra, Türkiyənin silah satışlarına tətbiq edilən sanksiya Türkiyənin beynəlxalq sferalarda qınanması və sairə bu iki dövlət arasındaki vəziyyəti daha da gərginləşdirdi. Türkiyənin bu məsələdəki cavab tədbirlərinin isə gecikməyəcəyi gözlənilir. Eyni zamanda qəribə şəkildə Amerika rəsmiləri münasibətlərin bərpası və inkişafı barədə danışıqlar aparmaqdadırlar.
Türkiyə tərəfi isə bu böhtanın altında səssiz qalmadı, Mövlut Çavuşoğlu, öz sosial media hesabından belə vurğulayıb: "Sözlər tarixi dəyişdirə və ya yenidən yaza bilməz". Tariximiz haqqında, heç kimdən öyrənməyəcəyik. Siyasi fürsətçilik, sülhə və ədalətə ən böyük xəyanətdir. Yeganə əsası populizm olan bu ifadəni tamamilə rədd edirik.

Devlet Bahçeli, Milliyyətçi Hərəkat Partiyası, qondarma soyqırım ittihamını tamamilə rədd edir və bu ittihamı səsləndirən ABŞ prezidentini qınayır. Baydenin soyqırım bəyanatı boş və etibarsızdır, eyni zamanda siyasi axmaqlıq və əxlaqsızlıqdır. Müttəfiq hesab edilən bir ölkə ilə yolayrıcına gəldiklərini bildirdilər.

Gördüyümüz qədəri ilə, Devlet Bahçeli, həmişəki kimi sərt və birbaşa cümlərlə Amerika ilə müttəfiqliyin bitdiyini vurğuladı. Bütün bu məsələlərdən sonra, Amerika Avrasiyada özünə yeni müttəfiq axtara bilər. İran buna ən böyük nümunədir. Bu iki dövlətin münasibətləri, düzəlməkdədir. Belə ki, Amerika tərəfinin, bir sıra sanksiyaları qaldırması, İranı da kompromisə dəvət edir. Amma bu addımların boşa çıxması etimalı çox böyükdür. Bunu əminliklə deyə bilməyimiz üçün bir çox amil var. Fikrimcə, Amerika münasibətləri bərpa etmək üçün siyasi fəndlər düşünməkdədir. Çünki, super güc dövlətlər belə, özünə türk kimi düşmən axtarmaz.

Digər tərəfdən isə Türkiyə daxilində xain qüvvələr və partiyalar qondarma erməni soyqırımına qucaq açdı.

HDP: "Soyqırımı, böyük fəlakəti və insan faciəsini ürəyimizdə hiss edirik".

HDP-dən verilən açıqlamada bu ifadələr əks olunub: "106 illik yubileyimizdə ermənilərə, bu torpaqların qədim insanlarına qarşı törədilmiş soyqırımı, böyük fəlakəti və insan faciəsini ürəklərimizdə hiss edirik və hörmət və mərhəmətlə öldürülənləri xatırlayırıq".

HDP İstanbul millət vəkili Garo Paylan "erməni soyqırımının tanınması, soyqırımı işləyənlərin ictimai sferadan çıxarılmasını və Türk Vətəndaşlıq Qanununun dəyişdirilməsi təklifi"ni verdi.

"Soyqırımın ədalətinin Türkiyədə təmin edilməsinin lazım olduğunu" vurğulayan Paylan, mövzu ilə əlaqədar etdiyi şərhdə, "erməni xalqının ağrısını mənsub olduğu torpaqlara, bu torpaqları Türkiyəyə daşımalıyıq. erməni xalqının ağrısı və bu ağrını ədalətlə aradan qaldırmalıyıq".

Bu partiyanın alçaqca davranışları təəccüblü deyil. HDP həmin partiyadır ki, özünün birbaşa dəstəklədiyi və maliyyələşdirdiyi PKK və YPG Qarabağ savaşımızda bizə qarşı döyüşürdü. Eyni zamanda türk əsgərinin Qarabağda olmasını bütün dünyaya hayqırır və qınayırdılar. Belə ki, bu soysuzların da Qarabağ müharibəsində itirdikləri kapitala baxsaq, onların niyə belə aqressivcə öz xainliklərinə davam etdirdiyini anlamaq olar.

Baxmayaraq ki, türklər onlara neçə illərdir hər cür azadlığı tanıyır. Elə bir vaxtlar Osmanlı dönəmində Əbdülməcidin ermənilərə verdiyi imtiyazlar kimi. Türk olmağın məsuliyyəti və anlamı da budur. Gücə sahib olmaq, amma o güclə öldürmək yox, islah etmək. Biz türklərə, boşuna Tanrının ordusu deməyiblər.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə