Arutyunyan şahid qismində dindirildi YENİ FAKTLAR

Arutyunyan şahid qismində dindirildi YENİ FAKTLAR

Arayik Arutyunyan konstitusiya quruluşunun devrilməsi işində şahid qismində dindirilib və o, Qarabağdakı 44 günlük müharibə hadisələrinin səbəb-nəticə əlaqələrini açıqlamağın vacibliyini bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Arutyunyan bunu özü də Facebook-da elan edib.
“Şahid olaraq qondarma rejimin prokurorluğunun müstəntiqləri tərəfindən 312-ci maddə, Konstitusiya quruluşunun devrilməsi ilə başlanan cinayət işi üzrə dindirilmə olub. Bu işin vacibliyini nəzərə alaraq, qaldırılan suallar barədə əlimdəki bütün məlumatları bildirdim və lazımi qaydada məhkəmə prosesində iştirak etməyə hazır olduğumu təsdiqlədim”, deyə Arutyunyan yazıb.
Arutyunyana ictimai tələbi və 44 günlük müharibə hadisələrinin əsl gedişatı və səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyin vacibliyini nəzərə alaraq, yaxın gələcəkdə səlahiyyətləri çərçivəsində bəzi suallara cavablar verəcəyini deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə