ABŞ Dövlət Katibi Antoni Blinken, Çex baş naziri Andrey Babis ilə telefonla danışıb, tərəflər Rusiya barədə müzakirələr aparıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ABŞ tərəfindən Praqanın hərəkətlərinə həmrəylik və dəstək ifadə olunub.
Blinken, Çex Respublikasının "Rusiyanın Çexiya torpaqlarında təxribatçı və ölümcül hərəkətlərinə" cəsarətli bir cavab verə bildiyini qeyd edib. Blinken və Babis eyni zamanda birliyi qorumaq və "Rusiyanın sabitliyi pozan hərəkətlərinə cavab olaraq" müxtəlif qərarlar veriblər.
Xatırladaq ki, Çexiya, Rusiyanı 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında iki nəfərin ölümü ilə nəticələnən partlayışda iştirak etməkdə günahlandırıb. Praqa 18 Rusiya diplomatik nümayəndəsini ölkədən çıxarıb. Buna cavab olaraq, Moskva 20 Çex diplomatını ölkəni tərk etmək məcburiyyətində qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB