“Alçaldılmış millətik, belə getsə, qəbilə olacağıq” Koçaryan

“Alçaldılmış millətik, belə getsə, qəbilə olacağıq” Koçaryan

Ermənistan bölgənin ən mütəşəkkil, ən modern, ən müasir ölkəsi olmasa, heç bir məsələdə uğur qazanmayacağıq. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşündə deyib.
"Mövqelərdə danışıqlar aparmaq, hörmət qazanmaq, ümumiyyətlə, hər şey kim olduğumuzdan asılıdır. Həyatda hər şey belədir, hətta şəxsi münasibətlərdə, küçədə, komandada da belədir. İndi də belə zəifləmiş, alçaldılmış vəziyyətdə olan erməni cəmiyyəti "bizə hörmət etmirsiniz" deyir.
Sizə niyə hörmət edilməlidir? Bu hörmət və təsiri bərpa etməyin yeganə yolu bu bölgədə güclü, inkişaf etmiş və mütəşəkkil olmaqdır. Güc yalnız tank sayında deyil.
Məsələn, bir dövrdə Ermənistanda kənd təsərrüfatı sahəsində, dövlət sistemində aparılan islahatları öyrənmək üçün Gürcüstandan insanlar gəlirdisə, indi bütün bunlar yoxa çıxıb, mövcud da deyil. Alçaldılmış bir millətə çevrildik və belə davam edərsə, sadəcə bir qəbiləyə çevriləcəyik", deyə Robert Koçaryan etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə