Qərbə təzim edənlər və ya bəsit təfəkkürlü antimilli ünsürlər

Qərbə təzim edənlər və ya bəsit təfəkkürlü antimilli ünsürlər

Beynini kirayə verən Arif Məmmədov erməniləri niyə bu qədər sevir?

“Vətən üçün pis olan, mənə faydalıdır”. Bu, radikal müxalifətin “düşüncəsidir”. Qərbə təzim edən bəsit təfəkkürlü antimilli ünsürlərin ölkəmizin uğurlarına, xalq-iqtidar birliyinin möhkəmlənməsinə, bir yumruq kimi birləşməsinə xələl gətirməkdir. Bu xəyanət, satqınçılıq deyilmi? Tarixin bütün dönəmində xəyanət və satqınlıq bağışlanmaz cinayət olub. Ələlxüsus da bu xəyanət və satqınlıq xalqına, dövlətinə və Vətənə qarşı ola. Xəyanət edən heç bir şəxsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Azərbaycan xalqının mentalitetində də satqınlıq və xəyanət tarixən ən ağır əməl, cəzası isə çox ağır olan bir hal kimi qəbul edilib. Bu cinayəti işləyən şəxs təkcə özünü deyil, təmsil etdiyi bütün nəslinə, tayfasına zərbə vuraraq, cəmiyyətdə onlara olan inam və etimadı sarsıdıb. Belə bir deyim var, deyərlər ki, xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır. Xüsusilə də bu xəyanət və satqınlıq dövlətə, xalqa, dövlətçiliyə, insanların rifahı və təhlükəsizliyinə qarşı çevrilirsə, belə əməllər və onun icraçıları nəinki ifşa olunmalı, hətta vaxtında layiqli ictimai cavabla qarşılaşmalıdır.

O zaman ...

Beynini kirayə verən Arif Məmmədov erməniləri niyə bu qədər sevir?

Xüsusilə də, son vaxtlar sosial şəbəkələrdə ulayan sabiq səfir Arif Məmmədov işğalçı Ermənistan ordusunun vandallığını, təxribatlarını dəsdəkləyərək «yazıq erməni xalqının adı çıxıb» deyə «müdafiəsinə qalxaraq çıxışlar etməkdədir. Soruşmaq istərdik: beynini kirayə verən Arif Məmmədov erməniləri niyə bu qədər sevir? Dünya işğalçı Ermənistanın hərəkətini qınadı və onun oyunlarını başa düşdüyündən çıxılmaz duruma düşdülər. Bunun üçün də yaranmış durumdan çıxmaq üçün ən müxtəlif təxribatlara əl atdılar. Və xaricdə yaşayan soydaşlarımız ermənilərin işğalçı hərəkətlərini ifşa edib dünyaya çatdırmaq üçün keçirdikləri dinc aksiyalar edərək açıq zorakı Azərbaycanın haqq səsini dünyaya çatdırarkən Arif Məmmədov kimilər soydaşlarımıza hücumlar edərək, təxribatlara əl atdılar, aksiyaların mahiyyətini gözdən salınmağa cəhd etdilər. Los-Ancelesdə, Belçikada, Moskvada baş verən hadisələr bunun bariz nümunəsidir. Bu zaman ermənilər sapı özümüzdən olan uzun zaman yemlədikləri xəyanətkar və satqınlardan istifadə etməyə başladı. Və başladılar bizi öz əlimizlə vurmağa... Sapı bizdən olan xəyanətkar və satqınlar vasitəsilə Azərbaycan xalqını günahkar çıxarmağa çalışdılar. Belə xəyanətkarlardan biri də uzun müddət Azərbaycan dövlətinin çörəyini yemiş, sonra da ölkəsinə və xalqına qarşı düşmənlərlə eyni cəbhədə yer alan, Avropada oturub dövlətimizin əleyhinə iftiralar atan keçmiş səfir Arif Məmmədov kimi məxluq başlayıb xalqımızın haqq davasına qara yaxmağa. İşğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır.Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: “Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”.Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkara cinsindən asılı olmayaraq, şərəfsiz deyilir.

Bu şərəfsiz Arif Məmmədov işğalçı Ermənistan ordusunu “göyə” qaldıraraq “məğlubedilməz”, qəhrəman, mübariz Azərbaycan ordusuna “kloun” adlandırır. Bu qədər alçaq, şərəfsizlik, deyərdim ki, ən böyük cinayətkarlıqdır. Arif Məmmədov və diğər Avropadakı qaragüruhlar hər şeylərini kirayə verənlərdir. Beyin kirayəyə veriləndə isə beynin bioloji sahibindən hec nə gözləməyə dəyməz. Sabah hətta o, rahatlıqla erməni olduğunu belə dilə gətirə bilər. Necə ki, Avropadakı digər məxluqlar, məsələn, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı kimilər dəfələrlə oxşar fikirləri dilə gətiriblər, indi də Arif Məmmədov eyni dildə danışır. Dəfələrlə şahidi olmuşuq ki, Arif Məmmədovlar, Sevinc Osmanqızıları Paşinyanın mətbuat xidməti kimi Ermənistanı tərifləyib. Hələ bir müddət erməni sevgisini göstərən Arif Məmmədov daha irəli gedərək, “erməni şəhid ailələri” ifadəsindən də istifadə etməkdən belə çəkinməyib. Erməni işğalçılarına «şəhid» deməklə, Azərbaycan şəhidlərinin ruhuna və ailələrinə hörmətsizlik edən Arif Məmmədov bir daha sıralarında durduğu qrupun Azərbaycan xalqına olan düşmən münasibətini sərgiləyir. Azərbaycan əsgərinə “kloun” deyən, idmançılarımızı isə meşədən çıxmış heyvana bənzədən Arif Məmmədov şərəfsizliyinin son həddində olduğunu dəfələrlə nümayiş etdirib. Arif Məmmədov və onun tərəfdaşları üçün şəxsi mənfəət, Qərbdə problemsiz yaşamaq daha üstündür. Onları azərbaycanlı qaçqınların taleyi maraqlandırmır. Onlar ölkəmizi parçalamağa hazırdırlar. Ölkənin müstəqil daxili və xarici siyasəti ürəklərincə deyil. Çünki onlar üçün tək müqəddəs dəyər puldur. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyillər.Və tezliklə bu şantajçılıqla məşğul olan erməni yalaqları, o cümlədən beynini kirayə verən Arif Məmmədov kimi düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə, ordusuna qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sığınan xəyanətkarlar bilməlidirlər ki, bu satqın və böhtançılar mütləq, amma mütləq cavab verməli olacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə