"Erməni soyqırımı”nı ABŞ-ın tanıması oyuna bənzəyir" Dmitri Peskov

"Erməni soyqırımı”nı ABŞ-ın tanıması oyuna bənzəyir" Dmitri Peskov

Vaşinqtonun “erməni soyqırımı”nı tanıması, "qamçı və kətə" siyasətinin təzahürüdür və bu erməni xalqına olan mərhəmət deyil. SİA xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”da “Böyük oyun” verilişinin efirində deyib.

“Düşünürəm ki, Vaşinqton tərəfindən “soyqırım”ın tanınması, daha çox dərəcədə çox güman ki, sevimli qamçı və kətə" oyununun ayrılmaz hissəsidir. Bu, nə erməni xalqına rəğbət bəsləmək istəyi deyil, nə Osmanlı İmperiyası tarixini, nə də Ermənistan tarixini dərindən dərk etmək istəyi deyil”, deyə Dmitri Peskov bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ifadəsi işlədib və bu da Türkiyə və Azərbaycanda narazılıqla qarşlanıb. Ekspertlərin də əksəriyyəti ABŞ prezidentinin bu addımını qınayıb və bunun heç də ədalət axtarışı, insanpərvərlik olmadığını bəyan ediblər. Görünür, Rusiya prezidentinin mətbuat katibi də həmin ekspertlərlə eyni fikirdədir və ABŞ prezidentinin bu ədalətsiz qərarı barədə fikir bildirməkdən çəkinməyib. Məhz bu səbəbdən də Peskov bunu ABŞ tərəfindən oynanılan oyun adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə