ABŞ yenə Rusiyanı günahlandırdı YENİ İTTİHAMLAR

ABŞ yenə Rusiyanı günahlandırdı YENİ İTTİHAMLAR

ABŞ kəşfiyyatı, Rusiya və Çinin koronavirus pandemiyası ilə əlaqəli vəziyyəti Qərb hökumətlərinə qarşı "informasiya müharibəsi" aparmaq üçün istifadə etdiklərinə inanır. SİA xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin direktoru general-leytenant Skott Berrier, cümə axşamı günü verdiyi açıqlamasında deyib.
"Çin və Rusiya, ABŞ infrastrukturuna qarşı əməliyyat qabiliyyətlərini artırmaq üçün kosmik və anti-kosmik imkanlarını inkişaf etdirməkdədirlər. Ayrıca COVID-19 ətrafındakı vəziyyətdən Qərb hökumətlərini sarsıtmaq üçün məlumat müharibəsi aparmaq üçün istifadə edirlər", deyə Berrier, Senatın cari beynəlxalq təhdidlərin nəzərdən keçirilməsinə həsr olunmuş dinləmələrdə bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ağ Evin veb saytında bir büdcə layihəsi ortaya çıxmışdı ki, burada ABŞ prezidenti Co Bayden, Konqresdən Pentaqona 715 milyard dollar ayırmasını, o cümlədən Vaşinqton, Çin və Rusiyaya görə, yaratdığı təhlükənin qarşısını almaq istədiyini söyləyib.
Diqqətə çatdıraq ki, Rusiya əvvəllər də dəfələrlə koronavirus pandemiyası ilə bağlı hər hansı bir yalnış məlumat ittihamını rədd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə