Moskva, Çexiya və Bolqarıstanın özünə qarşı yönələn ittihamlarını qəbuledilməz və təxribat hesab edir. SİA xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal" efirində deyib.
"İndi Çexiyada nələr törədirlər, Bolqarıstan onlara necə qoşulur və başqaları da bu aspektdə onlarla necə həmrəylik edir, görürük və biz buna dözməyəcəyik, artıq dözmürük də. Biz bunu açıq şəkildə nümayiş etdiririk", deyə Dmitri Peskov bəyan edib.
Kremlin sözçüsünün sözlərinə görə, Praqa və Sofiyanın atdığı addımlar qıcıqlanma və anlaşılmazlığa səbəb olur və Moskva da "bu şizofreniya mövqeyində bəzi dəyişikliklər" görmək istərdi. O, indi Rusiyaya qarşı irəli sürülən bu cür ittihamların əsassız ola bilməyəcəyini də vurğulayıb.
"Bunun əsası yoxdur, yalandır və buna görə də belə bir ittihamı qəti olaraq qəbul etmirik", deyə Peskov əlavə edib.
Prezidentin mətbuat katibi sonda bildirib ki, Moskva bütün adekvat, cavab addımlarını öz maraqları naminə atacaq.
Xatırladaq ki, aprel ayının ortalarında Çexiya səlahiyyətliləri, Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında partlayış təşkil etməkdə günahlandırıb və Praqadaki səfirlik işçilərini qovub. Bu, cavab tədbirlərinə səbəb olub və diplomatik qalmaqalla nəticələnib.
Eyni zamanda, Çexiya prezidenti Miloş Zeman, əks kəşfiyyatın altı ildir Rusiya ilə bağlı şübhələri barədə ona məlumat vermədiyini söyləyib. O, hadisənin mümkün səbəbləri arasında işçilərin səhlənkarlığını "xarici xüsusi xidmətlərin oyunu" adlandırıb. Bolqarıstan hakimiyyəti, altı Rusiyalını Donbassdakı qarşıdurmanın qızğın vaxtında Ukrayna Silahlı Qüvvələrinə silah tədarük edən iş adamı Emilian Qebrevin zəhərlənməsinə cəhddə günahlandırıb. Sofiyada da Moskvanın 2011, 2015 və 2020-ci illərdə ölkədəki silah anbarlarında baş verən partlayışlarda iştirak etdiyi iddia edilir. Bolqarıstan Xarici İşlər Nazirliyi, Rusiya səfirliyinin işçisini "persona non qrata"| elan edib, Moskva bu addıma bir cavab barədə anons edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB