"Fransa artıq Minsk qrupunun həmsədri ola bilməz" DEPUTATDAN AÇIQLAMA
“Fransa deputatının Azərbaycana qarşı yeni qətnamələr layihəsini parlamentə təqdim etməsi onun erməni diasporu ilə sıx bağlılığını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, bu birinci səbəb deyil ki, Fransa parlamentində və ya Fransa senatında Azərbaycana qarşı erməni diasporunun təhriki ilə bağlı müvafiq sənədlər qəbul edilir: "Bu onu göstərir ki, Fransa artıq Minsk qrupunun həmsədri ola bilməz. Çünki Fransa tərəfdir. Çox vaxt münaqişənin həll olunmamasında istisna deyil ki, Fransanın neqativ rolu vardı. Fransa açıq göstərdi ki, o Ermənistanın tərəfindədir. Düşünürəm ki, bu hamı tərəfindən, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınmalıdır.
Asim Mollazadə həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll olunmasından sonrakı sülh və ya quruculuq prosesində Fransanın iştirakı qəbul edilməzdir. Təəssüflə bir şeyi də qeyd etmək istərdim ki, Fransada senafobiya, rasizm, anti-islamizm, anti-semitizm artıb. Bu Avropa üçün çox ciddi təhlükə kəsb edir. Bu yaxınlarda Fransada türk ailəsinə hücumlar olmuşdur, məscidlər yandırılmışdır. Bununla yanaşı 60 min yəhudi Fransanı tərk edib. Özü-özlüyündə Fransada çox ciddi qarşıdurmalar gedir və biz bundan çox narahatıq. Erməni icması, erməni terroristlərə açıq sərbəst şərait yaratmaq bu prosesləri daha da dərinləşdirir. Onun üçün biz Fransann mövqeyindən çox narahatıq və mənə elə gəlir ki, bu yanaşma ilə, bu siyasi addımlarla Fransa həm Azərbaycanla, həm də Türkiyə ilə öz münasibətlərinə çox ciddi zərbə vurur. Mən əminəm ki, uduzan tərəf Fransa olacaqdır”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB