Çex həmkarlarının ABŞ-ın hərəkətlərinin girovu olduğu barədə Medvedev danışdı

Çex həmkarlarının ABŞ-ın hərəkətlərinin girovu olduğu barədə Medvedev danışdı

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Çex həmkarlarının ABŞ-ın hərəkətlərinin girovuna çevrildiyini və lokomotivdən qabağa qaçmağa çalışdıqlarını söyləyib. SİA xəbər verir ki, bu sözləri Medvedev “VKLive” efirində “Vkontakte” platformasında deyib.
"Mənə elə gəlir ki, Çex həmkarlarımız Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı bu siyasətinin girovuna çevriliblər. Orada da, necə deyərlər, lokomotivin qarşısında qaçmağa çalışırlar", deyə Dmitri Medvedev bildirib.
Dmitri Medvedev, Çex Respublikasının Vrbetisadaki silah-sursat anbarındakı partlayışla əlaqədar Rusiyaya qarşı ittihamlarını barmaq sormağa bənzədib.
"Ümumiyyətlə, istənilən diplomatik müharibələr çıxılmaz vəziyyətə gətirib çıxarır", deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib.
Xatırladaq ki, Praqa, Rusiya Federasiyasının xüsusi xidmət orqanlarını 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışda günahlandırıb. Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən çıxarıb. Buna cavab olaraq, Moskva partlayış ittihamlarının absurd, əsassız və həqiqətdən uzaq, yanlış düşüncə olduğunu bildirərək Çexiya diplomatik nümayəndəliyinin 20 işçisini “persona non qrata” elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə