“Bu söhbəti tamamilə bağlamaq lazımdır” MÜSAHİBƏ

“Bu söhbəti tamamilə bağlamaq lazımdır” MÜSAHİBƏ

Müsahibimiz politoloq Rüstəm Məmmədovdur

- Rüstəm müəllim, Paşinyanın baş nazirlik vəzifəsindən istefası Ermənistanda hakimiyyət uğurunda savaşın daha da gərginləşməsinə gətirib çıxara bilərmi?

- Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyi gözlənilirdi. Çünki, siyasi partiyalar və cəmiyyətin müəyyən təbəqələri Qarabağ savaşında Ermənistanın hərbi, siyasi məğlubiyyətinə görə Nikol Paşinyanı günahlandırır və onun istefasını tələb edirdilər. Nikol Paşinyanın istefasından sonra Ermənistanda siyasi durum daha da gərginləşəcək. Onsuz da Ermənistanda vəziyyət yaxşı deyil, Paşinyandan sonra daha da qarşıdurma dərinləşəcək.

- Rusiya Köçəryana daha çox dəstək verir. Bu baxımdan, Köçəryanın Paşinyanı əvəz etməsi nə dərəcədə real görünür?

- Rusiya Köçəryanı daha çox dəstək verməyə çalışması o demək deyil ki, o Paşinyanı əvəz edə bilər. Ümumiyyətlə, Köçəryan ölü bir fiqurdur. Erməni xalqı onu qəbul etmir və etməyəcək də. Bir sözlə, bu söhbəti tamamilə bağlamaq lazımdır.

- Rüstəm müəllim, Ermənistanda hər hansı bir hakimiyyət dəyişikliyi 10 nayabr razılaşmasının müəyyən bəndlərinin pozulmasına gətirib çıxara bilərmi?

- Ermənistandakı hakimiyyət dəyişikliyi heç vaxtı 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış bəyanatın şübhə altına alınmasına yol aça bilməz. Çünki, bu bəyanın imzalmasında Vladimir Putinin də imzası var. V.Putin bu səpkili suala cavabında bildirmişdir ki, “razılaşmadan imtina Ermənistanın intiharına səbəb ola bilər”. Bu baxımdan, Ermənistanda hakimiyyətə kimin gəlməsindən aslı olmayaraq 10 noyabr razılaşmasının tələbləri icra olunacaq.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə