“Donbasda müharibənin qarşısını almaq olar” - Sergey Lavrov

“Donbasda müharibənin qarşısını almaq olar” - Sergey Lavrov

Donbasdakı müharibənin qarşısını almaq mümkündür. SİA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

Lavrov deyib ki, əgər bu, bizə bağlıdırsa, onların prinsipial yanaşmalarını başa düşə bildiyimiz təqdirdə, müharibənin qarşısını almaq olar və edilməlidir.

Eyni zamanda xarici işlər naziri Ukrayna prezidenti üçün prioritet bir hədəfin nə olduğunu bilmədiyini qeyd edib.

Xatırladaq ki, 9 dekabr 2019-cu il tarixində Parisdə keçirilən “Normandiya dördlüyü”nün üç ildən sonra keçirilən sammitində tərəflər ortaq bir kommünike qəbul ediblər və Donbasdakı vəziyyətin həlli istiqamətində işləri davam etdirmək üçün dörd aydan sonra Berlində görüşməyə qərar veriblər.

Bəyannamədə Minsk razılaşmalarının "Normandiya formatı"nda iş üçün əsas olaraq qaldığı və qüvvələrin ayrılmasının mart 2020-ci ilin sonuna qədər Donbasdakı üç yeni nöqtədə nəzərdə tutulduğu vurğulanır. Liderlər, ilin sonuna qədər Donbasda atəşkəs çağırışı da edib.

Diqqətə çatdıraq ki, Ukraynadakı münaqişə 2014-cü ildən bəri davam edir. BMT-yə görə, qarşıdurmalarda 13 mindən çox insan ölüb. Bir qədər əvvəl Sputnik radiosu da Zelenskinin Putinlə hərhansı yerdə görüşməyə hazır olduğunu bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə