"Baydenin tarixi saxtalaşdırmaq cəhdi alınmayacaq" - MÜSAHİBƏ

"Baydenin tarixi saxtalaşdırmaq cəhdi alınmayacaq" - MÜSAHİBƏ

SİA politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edir:

- ABŞ prezidenti Co Baydenin verdiyi bəyanatında 1915-ci ildə Osmanlı İmperiyasının ərazisində baş vermiş hadisələri "erməni soyqırımı" kimi qiymətləndirdi. Bu məsələni necə şərh edərdiniz?

- Co Bayden böyük tarixi yalnışlığa yol verdi. Co Baydendən başqa əvvəlki prezidentlərdə seçki öncəsi vəd verirdi ki, prezident olsalar "erməni soyqırımı"nı tanıyacaqlar amma heç vaxt bu addımı atmadılar. Son günlər bir məsələ gündəmdir ki, 80-ci illərin əvvəllərində Amerikanin keçmiş prezidenti Ronald Reyqan "erməni soyqırımı" ifadəsi işlədib, lakin bu doğru deyil. Sadəcə, yəhudi soyqırımı ilə baglı mətnin də köməkcisi erməni soyqırımı ifadəsini işlədib. Baydenə qədər heç bir prezident aprelin 24-ü də xüsusi olaraq erməni soyqırımı ifadəsi işlətməyib. Erməni lobbisinə eyni vədi verən Barak Obama belə 8 il prezident olduğu müddətdə bu ifadəni işlətmədi. Çünki Türkiyə ilə münasibətlərin pozulmasını istəmirdi.

Bayden erməni lobbisinə sıx bağlı olan konqresmendir. Qeyd edim ki, Türkiyə ilə münasibətlərin pisləşməsi Amerikanin milli və təhlükəsizlik maraqlarina cavab vermir. Həmin mətnidə "erməni soyqırımı"ndan başqa İstanbul əvəzinə Konstantinapol ifadəsi işlədilib. Bu da Türkiyəyə mesaj idi. Bayden bir gün əvvəl Türkiyə prezidenti Ərdoğanla telefonla danışmışdı. Amerika prezidenti Ərdoğana bu məsələ ilə əlaqəsi olmadığını açıqlamağa çalışırdı. Ərdoğan isə qeyd edib ki, belə bir hadisə olmayıb, Birinci Dünya müharibəsi zamanı təkcə Türkiyədə yox, Avropanın digər ölkələrində də insan itkiləri olub. Bu məsələnin yalnız Türkiyə-ABŞ münasibətlərinə təsiri olmayacaq, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək. Ermənilərdə sevinc hiss olunur, lakin düşünmək lazımdır ki, bölgədəki gərginlik artacaq. Erməni seperatçıları bu məsələdən həvəslənib hansisa təxribat törədirlər.

- Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Co Baydenin "soyqırımı" sözünü işlədəcəyi təqdirdə ABŞ Türkiyə əlaqələrinə zərər verəcəyini bilidirib. Fikrinizcə, ABŞ Türkiyə ilə əlaqələrin mənfiyə doğru inkişaf edəcəyini nəzərə almayıbmı?

- ABŞ-Türkiyə münaibətlərinin pisləşməsi son beş-altı ildə başlanıb. Amerikanın Türkiyəyə raket satmaması, Türkiyənin Rusiyadan raket alması, əvəzində təzyiqlərlə üzləşməsi, ABŞ-ın Türkiyəyə əvvəlcədən razılaşdırılmış F-35 hərbi təyyarələrinin satılmasından imtina etməsi, Amerikanın terrorçulara dəstək verməsi və.s səbəblər iki dövlət arasında münasibətlər soyuqluq gətirmişdi. Baydenin 24 aprel açıqlamasından sonra gərginlik daha da artdı.

Türkiyə qərar verib ki, Amerikanın Türkiyədəki səfiri və konsulluq təhlükəsizlik səbəblərinə görə bir müddət bağlansın. Erməni lobbisinin illərdir apardığı "3 T" siyasəti var - Tanıtmaq, təzminat, torpaq. Xatırladim ki, Fransa prezidenti "erməni soyqırımı"nı tanıyıb. Amerikanın "erməni soyqırımı"nı tanması üçün uzun illər erməni lobbisi çalışıb. Əvvəlcə Konqresdə qondarma "soyqırımı" ilə bağlı qərar qəbul olundu və sonda prezident bu ifadəni işlətdi. Düşünürəm ki, bu proses Rusiyanin maraqlarına ziddir. Amerikanın məqsədi odur ki,Ermənistanı Rusiyadan qopartsın. Regionda güclənən iki əsas oyunçu - Azərbaycan və Türkiyə var. Amerika bu bölgəyə yaxın düşə bilməyəcək. Ümumiyyətlə, Amerika uğurumuzu qəbul edə bilmir və bu şəkildə Azərbaycan Türkiyəyə zərbə vurmaq istəyindədir.

- Regionda gündən-günə inkişaf edən Türkiyə, eyni zamanda Cənubi Qafqazda önəmli bir aktora çevrilən Azərbaycan var. ABŞ-ın Ermənistana dəstəyi onlara nə qazandıracaq?

- Bu, Baydenə heç nə qazandırmır, guya reytinqini artırır. O, erməni lobbisinə verdiyi vədi yerinə yetirdi. Seçki zamanı bir qrup ermənin səsini qazanmaq üçün atılan addımdır. Əvəzində Amerika Türkiyəni itirdi. Həmcinin Azərbaycan da haqlı olaraq rəsmilərimiz və Azərbaycan Parlamentinin rəhbərliyi, XİN və Prezidentin köməkçisi ABŞ prezidenti Baydenin bu qərarının əlehinə açıqlamalar, bəyanatlar səsləndirdilər. Dünən təsadüfi deyil ki, Türkiyə Prezidenti cənab Ərdoğan bu qərardan sonra ilk öncə Cənab Prezident İlham Əliyevlə telefonla əlaqə saxlayıb, məsələ ilə bağlı fikir mübadiləsi apardı. Türkiyə-Azərbaycan ittifaqı daha da gücləndi. Düşünürəm ki, Ərdoğanın gələn ay Şuşaya səfəri olacaq, bu gəlişi zamanı bir necə məsələlər də həll olunacaq.

Birincisi, Şuşada Türkiyə Ordusunun hərbi qarnizonu olmalıdır. İkincisi, yaxın müddətdə Şuşada Türkiyənin konsulluğu açılmalıdır.

- Co Bayden Türkiyə prezidenti ilə telefon danışığı zamanı hər hansı söz, yaxud vəd veribmi?

- Ola bilsin ki, Bayden Türkiyə prizdentinə hansısa söz verib. Lakin bu sözün Qarabağla bağlı olduğunu düşünmürəm. Ümumiyyətlə, Amerika Cənubi Qafqazda yoxdur. Burada iki əsas dövlət - Rusiya və Türkiyə var. Amerika regionumuzda söz sahibi belə deyil. Düsünürəm ki, telefon danışığında bəyanatı niyə verdiyini açıqlamağa çalışıb və əməkdaşlığa təsiri olmayacağını vurğulayıb. Türkiyə ictimaiyyətini haqlı olaraq belə bir sual düşündürür, Bayden saxta "soyqırımı"nı tanıdıqdan sonra iyun ayında onunla Ərdoğanın görüşməsinə ehtiyac varmı?

Lakin fikrimcə, Ərdoğan görüşdən imtina etməyəcək və erməni lobissini qıcıqlandırmaq üçün görüşəcək. Bu isə o deməkdir ki, Bayden Türkiyə ilə görüşməyə məcburdur. Düşünürəm ki, Türkiyə Baydenin addımını cavabsız qoymayacaq və biz yaxın müddətdə bunun şahidi olacağıq.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə