Bu addımların Rusiya və Azərbaycanın partnyorluq maraqlarına ziddir - ŞƏRH ÖZƏL

Bu addımların Rusiya və Azərbaycanın partnyorluq maraqlarına ziddir - ŞƏRH ÖZƏL

“Azərbaycan ərazisində başqa bir dövlətin hərbi parad keçirməsi müəyyən qanunlara ziddir. Bu ancaq Azərbaycanla razılaşdırılmış şəkildə baş verə bilər. Eyni zamandan bu cür tədbirin formatı da hər iki dövlətlə razılaşdırılmalıdır. Yəni, belə məqamda bu cür özbaşınalıq yolverilməzdir”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Ekspert düşünmür ki, biz bu məsələyə biganə qalaq və heç bir tədbir görməyək: “Əlbəttə, biz bunun qarşısını almaq üçün müəyyən şərtlərimizi, tələblərimizi və iradlarımızı ortaya qoymalıyıq”.

F. Sadıqovun fikrincə, bu belə də olacaq: “Bəlkə də bu məsələlər artıq müəyyən mərtəbələrdə müzakirə olunur. Çünki bu kimi addımlar iki dövlətin də partnyorluq maraqlarına ziddir. Bu məsələdə həm diplomatik, həm siyasi addımlar atılmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə