Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
SİA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.
Dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib:
"Zəngilan rayonu coğrafi baxımdan şərqi Zəngəzur mahalında yerləşir. Şərqi Zəngəzuru qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin avtomobil yolu açacayıq".