Baş nazirin seçilməsi məsələsi müzakirə ediləcək Ermənistan parlamentində
Ermənistan Milli Məclisi baş nazirin seçilməsi məsələsini müzakirə edəcək. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Ararat Mirzoyan informasitya verib.
"Baş nazirin seçilməsi məsələsi 3 May, saat 12: 00-da, Milli Məclisin xüsusi iclası zamanı müzakirə ediləcək", deyə parlamentin sədri bidirib.
Xatırladaq ki, bu il 18 mart tarixində, prezident və Ermənistanın parlament qüvvələri ilə apardığı müzakirələr nəticəsində Paşinyan 2021-ci il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair qərar verdiyini elan edib. Ermənistan Konstitusiyasına görə, erkən seçkilərin keçirilməsi yalnız baş nazir istefası və Milli Məclisin baş naziri iki dəfə seçməməsi halında mümkündür. Bundan sonra parlament qanun qüvvəsi ilə buraxılmış sayılır və erkən parlament seçkiləri baş tutur.
Ermənistan Respublikasının qanunvericiliyinə görə, baş nazirin istefasından sonra Milli Məclisin fraksiya qrupları yeddi gün ərzində namizəd irəli sürmək hüququna malikdir. Bu olmazsa, ümumi deputat sayının ən azı üçdə biri tərəfindən irəli sürülən namizədlərin uyğun olduğu baş nazir üçün yeni seçkilər keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB