Sünik sakinlərinin tələbi nəticələri aradan qaldırmaq üçün bacarıqlı qüvvələr tapmaqdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri şəhər meri Manvel Paramazyan 26 apreldə Ermənistan İstintaq Komitəsinin həyətində jurnalistlərə verdiyi müsahibəsində deyib.
Qeyd edək ki, Paramazyan İngiltərəyə dəvət olunub və ona qarşı ittihamlar dəyişdirilib.
“Sünik sakinləri bütün bunların nəticələrinin birbaşa qurbanıdır. Bütün bunları oturub analiz etməyə və danışmağa ehtiyac yoxdur”, deyə Manvel Paramazyan bildirib.
Seçkiləri problemlərin həlli hesab edib-etmədiyi soruşulduqda Mer, erkən seçkilərdə nəticələri aradan qaldıra biləcək kimsənin hakimiyyətə gəlməsi istəyini ifadə edib.
“Ermənistanda bu nəticələri aradan qaldırmağı bacaran insanlar hakimiyyətə gəlməlidirlər, bu hakimiyyətlə mümkünsüzdür. Onunla heç bir ümidimiz yoxdur, heç nəyi bacarmadı. Bu cür hakimiyyətlə yolu yenidən necə getmək olar? Səhvi təkrarlamağa ehtiyac yoxdur və xalq hər şeyi dərk etməlidir. Dərk etməliyik ki, dövləti itiririk", deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB