Şəhid Allahverdiyev Allahverdi Əli oğlunun ailəsi ziyarət edilib FOTOLAR

Şəhid Allahverdiyev Allahverdi Əli oğlunun ailəsi ziyarət edilib FOTOLAR

Aprelin 26-da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Allahverdiyev Allahverdi Əli oğlunun ailəsini ziyarət ediblər. SİA-nın verdiyi Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə