Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Müstəqillik Günü münasibətilə bu ölkənin Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Əlahəzrət, Əziz qardaşım, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB