ABŞ Prezidenti Co Baydenin qondarma, uydurulma "erməni soyqırımı" ifadəsini işlətməsi ən radikal addımdır. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus kommersant.ru saytında yayımlanan yazıda qeyd olunur.
Yazının müəllifi Sergey Strokan vurğulayır ki, soyqırımın tanınması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana açıq şəkildə meydan oxumaq deməkdir və bu, ABŞ-ın ən problemli müttəfiqi ilə münasibətlərini çətinləşdirəcək.
Sözügedən mətbuat səhifəsində qeyd olunur ki, "The Wall Street Journal"dakı mənbələr Baydenin bununla sadəcə prezident seçkiləri sonunda, keçən ilin oktyabr ayında verdiyi seçki vədini yerinə yetirdiyini söyləyib. Mənbə bildirir ki, bir qədər əvvəl prezidentliyə namizədin komandası da söz vermişdi ki, Co Bayden seçilərsə, "erməni soyqırımını tanıyacaq.
Qeyd olunur ki, "kommersant"a müsahibə verən mütəxəssislər, ABŞ-ın yeni rəhbərliyinin, bu addımını Türkiyə ilə münasibətlərdəki gərginliyə, Rusiyanın S-400 hava müdafiə sistemlərinin alınmasına və bir çox digər mövzulara görə Prezident Ərdoğandan intiqam almaq istəyi kimi dəyərləndirirlər. Məsələn, Amerika Universitetinin professoru Waşinqtonda, "kommersant"a bildirib ki, bu, tamamilə siyasi bir qərar və simvolik bir addımdır və Baydenin komandasının Prezident Ərdoğanın gedişini gözləyəcəklərini açıq şəkildə ifadə edir.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden kimi digərləri, ondan öncəkilər də seçki ərəfəsində qalib gəlmələri üçün, erməni lobbisindən istifadə etmək niyyəti ilə onlara qondarma, dırnaqarası "erməni soyqırımı" ifadəsi işlədəcəyinə söz veriblər, amma hakimiyyətləri dövründə geosiyasi maraqlara, Türkiyə ilə əməkdaşlığa, həm də ədalət prinsiplərinə görə bundan imtina ediblər. Amma, öncəkilərdən fərqli olaraq ABŞ-ın hazırki prezidenti Co Bayden erməni əsillilərdən qorxduğunu açıq-aşkar sübut etdi. Əslində, bu qorxu ilə də o, gözlərini yumaraq, kor kimi yalançı, saxta erməni tarixinə düşdü, özü də saxtakar olaraq ABŞ və dünya tarixində iz qoydu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB