Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu postu tərk etmək qərarını açıqlayıb. SİA RenTV-yə istinadən xəbər verir ki, Gürcüstan parlamenti sədrinin istefa qərarı verdiyi barədə məlumat hakim partiya tərəfindən də təsdiqlənib.
“Müxalifətlə uzun danışıqların, sədrlə birlikdə “Gürcü Arzusu”nu təmsil etdiyim bir anlaşma ilə başa çatdığını nəzərə alaraq, parlament sədri vəzifəsini tərk etməyimin siyasi proseslərin sonrakı düzgün aparılması üçün doğru qərar olacağını düşünürəm", deyə Talakvadze bəyan edib.
Talakvadze bu vəzifənin "daha neytral bir mövqe ilə işləyəcək" bir şəxs tərəfindən tutulmalı olduğunu ifadə edərək, məsələnin parlamentdəki rotasiya ilə əlaqəli olduğunu qeyd edib. Spiker vəzifəsinə spiker müavini Kaxa Kuçavanın namizədliyinin təqdim ediləcəyini də əlavə edib.
Hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidzenin dediyi kimi, Talakvadze ölkə parlamentinin vitse-spikeri vəzifəsini tutacaq.
Xatırladaq ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya müxalifət lideri Nika Melia ilə bağlı qrupla fikir ayrılıqlarına görə 18 fevralda istefa vermişdi. Məhkəmə, girov ödəmədiyi üçün onun həbs olunmasına qərar verib. Qaxariyanın yerinə, hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası bazar ertəsi axşamı baş nazir vəzifəsinə təyin olunan Müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB