4000-dən çox insan koronavirusdan öldü Ermənistanda

4000-dən çox insan koronavirusdan öldü Ermənistanda

24 aprel səhəri etibarilə artıq Ermənistanda təsdiqlənmiş 212 878 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Respublikanın Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.
Məlumata görə, sutka ərzində yeni yoluxma hadisələrinin sayı 764 olub.

Gün ərzində COVID-19-dan 17 nəfər ölüb. Bildirilir ki, sutka ərzində ölkədə ölkədə 4552 test edilib. Ermənistan Respublikanın Səhiyyə Nazirliyinin saytında qeyd olunur ki, bu vaxta qədər ümumilikdə 955 515 koronavirus testi aparılıb və 4001 nəfər koronavirusa yoluxan xəstə ölüb, hazırda 14 517 xəstənin müalicəsi davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə