Soros Ermənistandan niyə istifadə edir? POLİTOLOQ RƏY VERDİ

"2010-cu ildə "Ərəb baharı"nın olması ilə bir sıra dövlətlərdə iğtişaş, xaos, anarxiya baş verib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, "Ərəb baharı"nda gözlənti bu idi ki, yeni sistem gəlsin, hər şey fərqli olsun və insanların güzəranı yaxşılaşsın: "Bundan istifadə edən Soros kimi qurumlar və insanlar inqilabı digər ölkələrə siraət etməyə çalışırlar. Onlar əsas hədəf olaraq, pos-sovet ölkələrinə istiqamətləndilər. "Soros"un ən parlaq nümunəsini Ermənistanda görürük. 2018-ci ilin may ayında "Soros"un dəstəyi ilə Paşinyan hakimiyyətə gəlib. Buradan belə bir faktlar ortaya çıxır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra, Rusiyadan tamamilə qopdu. O, QHT-ləri, gənclər təşkilatlarını, siyasi adamlarını "Soros"dan aldığı maliyyə dəstəyi ilə tələyə salmağa çalışaraq, anti-rusiya siyasəti yeridib. Anti-rusiya siyasəti o həddə çatdı ki, ölkədə rusdilli verlişlər tamamilə qapandı. Belə məqamda isə qadağalar yarandı. Yəni, Soros Ermənistanı tamamilə əlinə aldı. Beləliklə, müharibədə Paşinyan Rusiyanın mövcudluğunu qəbul etməli oldu".

Politoloq onu da əlavə edib ki, Soros inqilab yolu ilə Azərbaycana siraət etmək istəsə də, bu uğursuz olub: "Cənab Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi zamanı mükəmməl bir çıxış edib. Bu çıxışa görə, müəyyən xarici dairələr Azərbaycan gənclərini və cəmiyyətini ələ almağa çalışır. Lakin, cənab Prezident heç bir halda bunlara rəvac verməyib. "Soros"la cəmiyyətin beynini zəhərləməyə, milli maraqlar konteksindən azərbvaycanlıları uzaqlaşdırmağa istiqamətlənmişdi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...