“ABŞ-ın açıqlamaları əməlləri ilə üst-üstə düşmür”

ABŞ-ın bir dialoq aparmağa hazır olduğuna dair bəyannamələri ikitərəfli münasibətlərə zərər verən konkret əməlləri ilə üst-üstə düşmür. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həm də amerikalı həmkarlarımızdan qarşılıqlı maraq doğuran mövzularda dialoq aparmağa hazır olduqları barədə sözlər eşitdik. Ancaq təəssüf ki, amerikalıların bu bəyannamələri konkret əməlləri ilə üst-üstə düşmür. İkitərəfli münasibətlərə zərər verir", deyə Peskov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...