Haqq və ədalətin inkarı... - ŞƏRH

Haqq və ədalətin inkarı... - ŞƏRH

“Sərhədsiz reportyorlar”ın hesabatından cuşə gələn Cəmil Həsənlinin...

Mərkəzi ofisi Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar aparan və onların müdafiəsi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı "Freedom House" 2020-ci ilin hesabatını açıqlayıb. Bu hesabatın da əvvəlkilərin davamı olaraq sifariş əsasında hazarlandığı artıq heç kəsə sirr deyil. Ağı qara görən , haqq və ədalətin inkarı olan bu qərəzli hesabatda mətbuat azadlığına görə Ermənistan 180 ölkə arasında 60-cı, Azərbaycan isə 167-ci yerdə qərarlaşıb. Həmçinin, "Freedom House", "Amnesty İnternational" və digər beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da Ermənistan "azad", Azərbaycan isə "qeyri-azad" ölkələr sırasında yer alır. Təbii ki, bu, Azərbaycana yönələn növbəti qərəzli yanaşmanın göstəricisidir.

Məlum olub ki, təşkilatın 2020-ci il qlobal azadlıq indeksində Azərbaycan əvvəlki illə müqayisədə daha bir pillə geriləyərək, dünyanın ən qeyri-azad ölkələrinin ilk 10-luğunda qərarlaşıb.

“Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch”-un “3 meymun” taktikasına dəstək olan anti- Azərbaycan şəbəkənin “peşka”ları - Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli...

Abırsızın abırı olmaz. Bu aksiomadır. Ancaq qəribəsi odur ki, belə abırsızlar başqalarından siyasi ləyaqət tələb edir. Bu da təəccüb doğurmur. Amma anlamırlar ki, 28 ildir ki, bu çirkin əməllərlə heç bir şeyə nail olmayıblar, ola da bilməyəcəklər. Çünki Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq inkişaf edən hüquq dövlətidir. Ölkəmizin Konstitusiyasından irəli gələrək ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. Və qəzəb, qərəz və qısqanclıq triosu – “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch”-un “3 meymun” taktikasına dəstək olan antiazərbaycan şəbəkənin “peşka”ları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli... ölkəmizin əleyhinə “qara piar” kampaniyasını daha da genişləndiriblər. Antiazərbaycan şəbəkə bu dəfə daha “orijinal” üsula əl ataraq Avropanın müxtəlif ölkələrində məskunlaşan, erməni lobbisinin təsiri altında olan qüvvələrin toruna düşən bəzi səbatsız, Vətən, xalq təəssübündən uzaq xain gəncləri-”sapı özümüzdən olan baltlar”ı da öz məkrli oyunlarına alət etmək üçün sosial şəbəkələrdən çağırışlar ediblər. Bu marginal dəstə əslində siyasətlə yox siyasətbazlıqla, «siyasi məhbus» alveri ilə, ölkədə siyasi sabitliyi pozmaq istəyilə canfəşanlıq edirlər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli tryapkası, qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Ə.Kərimli, C.Həsənli, G.Hacıbəyli A.Hacılı kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu üzdəniraqların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, antimilli ünsürlərin, Vətən əxlaqını itirənlərin məkrli niyyətlərinə, oynadıqları oyunun hər detalına, mexanikasına yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına böyük dəstək verib. Hakimiyyət orqanları ilə əməkdaşlıqdan qaçan bu təşkilatlar onların maraqlarına xidmət edən olan antiazərbaycan şəbəkənin «peşka»ları - Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli... kimi satqın ünsürlərin ötürdükləri məlumatlara əsasən hazırlanan bu yərəzli xüsusilə Azərbaycanın qazandığı beynəlxalq uğur və qələbəsindən qaşınmaya düşərək belə bir qərəzli hesabat ortaya atıplar və elə zənn edirlər ki, bəlkə bu dəfə «baş tutdu». Tutmadı! Ay işlənib atılmış satqınlar 44 gün davam edən İkinci Vətən Müharibəsində Qələbə Zəfəri bir daha dünya nümayiş etdirdi ki, Azərbaycan qalib ölkədir, haqqın, ədalətin tərəfdarı olduğu üçün qələbə çaldı, Azad Azərbaycan azad ölkə olduğunu, Qarabağ Azərbaycandırrına qovuşdu, 1 milyondan çox soydaşlarımızın öz dədə-baba torpaqlarına sahib olması haqqı bərpa olundu. Və dünyaya demokratiya dərsi verdi. Ona görə də «Sərhədsiz Reportyorlar”ın “hesabatından” həvəslənən Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimilərin əsl üzüÖ abırsızlığıdır.

Çünki bu gün Azərbaycanda azad mətbuat var, hər kəs öz fikrində sərbəstdir. Ancaq mənliyini, vicdanını itirən, xalqına, dövlətinə xəyanət yolunu seçən “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch”-un “3 meymun” taktikasına dəstək olan antiazərbaycan şəbəkənin “peşka”ları - Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli... kimilərin damarlarından azərbaycanlı yox, erməni qanı axan xəyanətkarlar, cinayətkarlar, satqın zavallılardır. Belə təşkilatlar nəhayət anlamalıdırlar ki, onların vaxtaşırı nümayiş etdirdikləri qərəzli mövqelər bumeranqa çevrilərək yavaş-yavaş özlərinə təhlükə yaradacaq. Və mayası xəyanətlə, satqınlıqla yoğrulan, mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu üzdəniraq antiazərbaycan şəbəkənin “peşka”ları elə çırpına-çırpına qalacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə