Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı çağırıb, aqressiv bir tonda Paşinyanın uğursuz Syunik ziyarətində ona mane olan bütün fəalların həbs olunmasına əmr verib. SİA xəbər verir ki, bu barədə "Dejavyu" teleqram kanalının informasiya yayıb.
Qeyd olunur ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan işdən çıxarılacağı ilə də hədələnib və ona, xüsusilə təhqiramiz şəkildə Nikola səslənənlərin həbsi tapşırılıb.
Məlumata görə, Anna Akobyan, ərinin təhqiramiz sözlərlə alçaldılmasına Milli Təhlükəsizlik Xidmətinin (MTX) səssiz dayandığından, itaətkarlıqla izlədiyindən şikayətlənib. Baş nazirin arvadı, MTX hərəkət etmədiyi təqdirdə, bu, Abazyanın son iş günü olacağı ilə onu hədələyib. O, altı ayda 5 MTX direktorunun dəyişdirildiyini xatırladıb və daha birini dəyişdirməyin çox asan olacağına da ehyam vurub.
Anna Akobyan, Milli Təhlükəsizlik Xidmətinin direktoruna bu şəkildə davam edərsə bölgələrdə təbliğat apara bilməyəcəkləri, Qafanlıların coşğusunun digər bölgələrə və hərəkətlərinin onsuz da mürəkkəb olduğu İrəvana köçürülə biləcəyindən şikayətlənib və başqalarına bir dərs vermək üçün onların həbs olunmasını əmr edib.
Diqqətə çatdırılır ki, kanalın məlumatına görə, Abazyanın artıq bu barədə əmrləri var və bu gecə Syunik sakinlərinin kütləvi həbsləri gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB