Paşinyanın gəlişinə qarşı etiraz aksiyası Mehridə - VİDEO

Paşinyanın gəlişinə qarşı etiraz aksiyası Mehridə - VİDEO

Ermənistanın Sünik bölgəsində baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə qarşı çıxan etirazçılar, yolları, küçələri bağlayıblar. SİA xəbər verir ki, bu barədə RİA Novosti para.tv onlayn nəşrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, etirazçılar baş naziri xəyanətdə günahlandıran şüarlar səsləndirirlər. Bəzən kütləni cilovlamağa çalışan polislə etirazçılar arasında qarşıdurmalar da olur. Baş nazirin kortejinə hələ də yol açılmayıb.
Sünik bölgəsindəki sərhəd yaşayış məntəqələrinin sakinləri Azərbaycan ordusunun yeni döyüş postlarının yerləşdirilməsinin onların təhlükəsizliyini təhdid etdiyini düşünürlər. Paşinyan isə bəyan edib ki, Azərbaycanla sərhəddə baş verən proseslər demarkasiya və delimitasiya hesab edilə bilməz, yalnız müəyyən sərhəd məntəqələrinin yerini göstərir.

Ermənistan Müdafiə Nazirliyi də öz növbəsində, rus sərhədçilərinin Sünik bölgəsindəki yolun problemli hissələrində təhlükəsizliyi təmin edəcəyini bildirib.

Daha sonra, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin cənubundakı Mehri şəhərini tərk edib, hansıki burada da nümayişçilər onun getdiyi yolun keçidini bağlamağa çalışıblar. Mühafizəçilər, polis və Milli Təhlükəsizlik Xidmətinin müşayiəti ilə Paşinyan şəhərin küçələrində gəzmək qərarına gəlib. Baş nazirin yolunun üstündəki küçələri bağlayan etirazçılar təhqiramiz şüarlar səsləndirərək onu müşayiət ediblər. Belə bir şəraitdə Paşinyanın maşına minərək oradan uzaqlaşmaqdan başqa çarəsi qalmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə