"Hərbi qənimətlər parkının olması Azərbaycanın haqqıdır" -Hulusi Kılıç Açıqlama

"Hərbi qənimətlər parkının olması Azərbaycanın haqqıdır". Bunu SİA-ya açıqlamasında Türkiyənin sabiq səfiri Hulusi Kılıç deyib.

Türkiyənin sabiq səfiri vurğulayıb ki, 30 ildir Qarabağ ərazisi işğal altında idi. Azərbaycan və Türkiyə Qarabağ ərazisinin işğalından çox narahat idi və biz həmişə zəfəri gözləyirdik : "Hərbi qənimətlər parkının olması Azərbaycan ordusunun qalibiyyəti və uğurudur, şəhidlərimizin qanları ilə qazanılıb. Qeyd edim ki, Vətən müharibəsi zamanı Fransanın münasibətini gördük.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransız idi. 28 ildir bu Fransız heç bir şey etməyib və hətta münaqişəyə heç bir köməyi olmamaqla birlikdə müddəti uzatmaqla 28 ilimizi oğurlayıb.

Qeyd edim ki, ATƏT-in Minsk üçlüsü Azərbaycana gəlib, yeyib-içib heç nə etmədən bu vəziyyətin həll olmasının müddətini uzatdılar. Fikrimcə bu üçlü sistem münaqişəni həll etməmək üçün qurulub. Amma Cənab Prezident İlham Əliyevin özü qərarlarını yerinə yetirdi və bu həmsədrlər sistemini torpağa basdırdı. Fransızların Azərbaycana həmçinin türklərə olan münasibətlərinə heç vaxt təccüblənmirik. Çünki həm parlamentdə həm də məclisdə alınan qərarlar bizə göstərir ki, Fransanı idarə edən başqa güclər var. Özləri-özlərinə qərar verə bilmir və erməni lobbisinin təzyiqi altında qərar verdiklərini anlayırıq. Fransaya demək lazımdır ki, "Səni nə narahat edir?" Fransanın Hərbi parka qıcıqlanması və bu cür münasibət göstərməsi normaldır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə