Bu gün \"Pleastex Caspian\" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələri və kauçuk sərgisi keçirilib

Bu gün \"Pleastex Caspian\" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələri və kauçuk sərgisi keçirilib
Bu gün Azərbaycanda ilk dəfə olaraq \"Pleastex Caspian\" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələri və kauçuk sərgisi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə \"HOREX\" sərgisinin meneceri Dərya Cəfərli, \"WorldFood\" və \"Plestex\" sərgisinin meneceri Maya Qafarlı, direktor müavini Bəhruz Hidayətzadə, \"İtesa Kaspian Şirkətinin\" təmsilçisi Mehriban Bəxşəliyeva və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan sərginin direktor müavini Bəhruz Hidayətzadə sərgi haqqında geniş məlumat verib. Müavinin sözlərinə görə, sərgi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələri sənayesinin ən böyük sərgilərini birləşdirir. \"Bu debüt sərgidə 20 şirkət iştirak edir və onların arasında plastik və kauçik emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və aşqar istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri vardır\".


Tədbirdə söz alan \"HOREX\" sərgisinin meneceri Dərya Cəfərli sərgi haqqında öz fikirlərini bildirib. Menecerin fikrincə, sərginin təşkilatçaları qismində \"İteca Caspian LLC\" və \"İTE Group PLC\" şirkətləri çıxış edirlər. 2011-ci il sərgisinin tərəfdaşları isə \"AZAL\", \"Azerfon - Vodafone\" və \"Caspel Greenwich Travel Club\" şirkətləri, habelə \"Qafqaz Poynt Otel\" mahmanxanasıdır-deyə menecer əlavə edib.

Tədbirdə çıxış edən \"WorldFood\" və \"Plestex\" sərgisinin meneceri Maya Qafarlı əlavə edib ki, \"WorldFood Azerbaijan\" sərgisi fəaliyyət göstərdiyi illər ərzində, \"WorldFood Azerbaijan\" sərgisi mövcud olan əlaqələrin möhkəmləndirilməsinə, yeni tətəfdaşların əldə edilməsinə və Azərbaycanın qida sektorunda ən yeni texnologiyalarının tətbiq edilməsinə imkan yaradan effektiv platforma və işgüzar meydançaya çevrilib.


Qeyd edək ki, tədbirin davamında menecerler jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə