YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsi və qaziləri ziyarət ediblər FOTO

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş Vətən Müharibəsi şəhidi, çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlunun, Hövsan qəsəbəsi sakini, Vətən Müharibəsi qazisi Şixbalayev Tariyel İmam oğlunun və Qaraçuxur qəsəbəsi sakini, Vətən Müharibəsi qazisi İmaməliyev Yadigar Əkbər oğlunun ailələrini ziyarət edib, ailələrə sovqat aparıb və onların qayğıları ilə maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, şəhid Süleymanov Rauf Allahverdi oğlunun ailəsini ziyarət zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tərəfindən Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalça təqdim edilib.

Şəhid ailəsi və qazilərlə səmimi keçən görüşlər zamanı Vüqar Seyidov Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirib. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.

Sonda həm Vətən Müharibəsi şəhidi Süleymanov Rauf Allahverdi oğlunun həyat yoldaşı, həm də Vətən Müharibəsi qaziləri Şixbalayev Tariyel İmam oğlu və İmaməliyev Yadigar Əkbər oğlu göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmiş, qazilər onlara göstərilən qayğını hiss etmək onların yaralarının sağalmasına mənəvi dəstək olduğunu deyiblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...