“Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək” - Gürcüstanın Türkiyədəki səfiri

“Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”.

SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava Strateji Düşüncə İnstitutunun təşkil etdiyi “Gürcüstan və son illərdə Qafqazda yaranan yeni reallıq” adlı tədbirdə belə deyib.

“Bu, regionun inteqrasiyası üçün önəmli layihədir. Türkiyə Statistika İnstitutunun məlumatına görə, Qafqazda mövcud olan dəmiryolu, quru və boru xətlərinin daşıdığı yük miqdarı iki dəfə artıb. Bu kimi regional inteqrasiyanı artıracaq layihələrin önəmli olduğunu düşünürəm. Bu layihələr regional və xalqlar arasında bağların güclənməsinə yardım edir ”, deyə diplomat bildirib.

Azərbaycan və Türkiyənin Gürcüstanın strateji tərəfdaşları olduğunu vurğulayan səfir qeyd edib ki, ölkələr arasında əlaqələr əla səviyyədədir.

“Azərbaycan və Türkiyə müsəlman çoxluğun yaşadığı iki ölkədir. Gürcüstanın xristian çoxluğun yaşadığı ölkə olmasına baxmayaraq, ölkələrimiz arasında heç bir problemimiz yoxdur. Əla iqtisadi əlaqələrimiz var”, - deyə səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...