YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatının nümayəndələri Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri, sağlamlığını itirmiş qazilərimiz mütəmadi olaraq ziyarət edirlər. Aksiya çərçivəsində növbəti ziyarət Tərtər rayonun Ələsgərli kəndindən şəhidi Ruslan Şahbazov Mahir oğlunun və Mamırlı kəndindən şəhid olan Mirşəmsi Babayev Elşad oğlunun ailələrini ziyarət ediblər.

Hər iki şəhid Tərtər rayonun Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümlərindən sonra “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edilmişlər.

Görüş zamanı YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov zamanı bildirib ki, hər birimiz Vətən müharibəsinin şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdarıq. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima dövlətimizin və Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı mərkəzindədir.

Görüş zamanı, həmçinin şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı, maddi yardım göstərilib.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər və şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə