ABŞ prezidenti Co Bayden çıxışı zamanı Rusiyadan olan həmkarı Vladimir Putinin soyadında səhvə yol verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, çıxışının videoklipi Ağ Evin YouTube kanalında da mövcuddur.
"Prezident Klutinə… Putinə, də açıq şəkildə bildirdim ki, ABŞ Avropadakı müttəfiqlərinə və tərəfdaşlarına verdiyi dəstəyində dəyişməz, sarsılmaz olaraq qalır", deyə Bayden söyləyib.
Eyni zamanda siyasətçi az qala “eskalasiya” və “peyvənd” sözlərini qarışdırmışdı. "ABŞ peyvənd… eskalasiya və Rusiya ilə qarşıdurma dövrü başlatmağa çalışmır", deyib Amerika lideri.
Xatırladaq ki, əvvəllər də Bayden öz çıxışında çoxlu səhvlərə yol verirdi. Məsələn, 2020-ci ilin noyabrında tərəfdarları qarşısında çıxışı zamanı nəvəsinə vəfat etmiş oğlunun, Bo Baydenin adı müraciət edib və dekabr ayında səhvən Kamala Harris-i "seçilmiş prezident" adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB