“Hərbi Qənimətlər Parkı – "Dəmir yumruğun" qürurverici nümayişidir” - Zərifə Quliyeva

“Son 17 il ərzində hər bir azərbaycanlının Prezidenti olan Ali Baş Komandanımız İlham Əliyev 44 gün ərzində 30 il xalqımızın torpaq həsrətinə, Qarabağımızın özümüzə – sahibinə qaytarılmasına, haqqımızın, ədalətimizin, ərazi bütövlüyümüzün bərpasına, məhz ilk gündən “dəmir yumruq” siyasəti ilə qələbəmizə nail olduq. Və bu gün "dəmir yumruğun" nəticəsində düşməni torpaqlarımızdan it kimi qovaraq qorxaq düşmən əsgərlərinin atdıqları siahları qənimət kimi götürdük. Həmin silah və hərbi sursatlar 2020-ci il dekabrın 10-da Zəfər Paradında nümayiş etdirildi. Bu gün isə Bakıda həmin sursatların bir məkanda yerləşməsi və dünyaya nümayiş etdirilməsi ilə bağlı ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkının açılışı hər bir azərbaycanlıda qürur hissi doğurur”. Bu fikirləri SİA-ya açıqlamasında YAP üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi”,- deyən Zərifə Quliyeva bildirib ki, nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi: “Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir və buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır”.

Hərbi Qənimətlər Parkının açılışı bir daha Azərbaycan Prezidentinin 17 il öncə deyilənlərin bu gün gerçəkliyə çevrilməsinin göstəricisidir. Prezident İlham Əliyev bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə isbatlayıb. Parkın açlışında çıxışı zamanı demişdir: "Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi".

Zərifə Quliyeva onu da vurğulayıb ki, Ali Baş Komandanımız İlham Əliyev daima ordu quruculuğuna diqqət göstərib. Vətən müharibəsində qazanılmış Qələbə uğurlu ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 17 il ərzində güclü ordu qurmağa müvəffəq olaraq, ərazilərini işğaldan azad edib. Ötən illər ərzində tarixi layihələr həyata keçirən Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənib. Eyni zamanda, ölkədə siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsinə nail olunub. Bütün bunlar Qələbəmizi şərtləndirən amillərdir. Həmçinin Yeni açılmış Hərbi Qənimətlər Parkın yaradılması Azərbaycanın qazandığı tarixi, şərəfli qələbəmizi özündə əks etdirməklə yanaşı Qələbə Zəfərimizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Bir sözlə, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirən simvollardan biridir. Azərbaycan Ordusunun gücünü əks etdirən bu nadir park gələcək nəsillər üçün dəyərli məkana çevriləcək. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişidir”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə