Paşinyan parlamentə sərxoş gəlib "Hraparak" qəzeti yazır

Nikol Paşinyan dünən parlamentə ayıq vəziyyətdə gəlməyib, hətta komanda yoldaşları da şəxsi söhbətlərində bunu inkar etməyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

“Bu, yalnız onun qeyri-kafi, ziddiyyətli ifadələrindən və davranışlarından aydın görünürdü. Görünürdü ki, o ayıq vəziyyətdə deyil, sərxoşdur. Dünən o, nəinki keçmiş səlahiyyətliləri hədəfə alıb, hətta özünə qarşı da çıxıb və özü-özünü də, öz fikirlərini də inkar eləyib.

Məsələn, Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın müharibənin 4-cü günü döyüşlərin 2-3 gün ərzində sona çatması üçün tədbir görülməsi lazım olduğunu söyləmədiyini deyib. Bu arada, 16 dekabr 2020-ci ildə Azadlıq Radiosuna verdiyi bir suala cavab verən Paşinyan, Baş Qərargahın o zamankı rəisi Onik Qasparyanın ona bu barədə danışdığını inkar etməyib", deyə “Hraparak” qəzeti yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə